Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
116257
az

MAQATE rəhbəri Kursk AES-ə səfər etməyə hazır olduğunu açıqlayıb

22:5917 Avqust, 2024
200
DÜNYA
  • A

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Qrossi “Rusiyada baş verən hadisələr fonunda” Kursk və Zaporojye atom elektrik stansiyalarının (AES) təhlükəsizliyindən narahatlığını bildirib.

 

Oxu24.com bu barədə agentliyin mətbuat xidmətinə istinadən xəbər verir.

Qrossi fəaliyyət göstərən Kursk AES ətrafında vəziyyəti şəxsən qiymətləndirməyə və ona hərbi əməliyyatların yaxınlığını nəzərə alaraq, ora baş çəkməyə hazır olduğunu bildirib. Bundan əvvəl telefon danışığı zamanı Rosatom-un baş direktoru Aleksey Lixaçev MAQATE rəhbərini Kurçatov və Kursk AES-ə baş çəkməyə dəvət edib.

Avqustun 17-də Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Ukrayna Silahlı Qüvvələri Kursk AES-ə hücum üçün hazırlıqlara başlayıb. Zaxarova deyib ki, enerji obyektinə mümkün hücum MAQATE-nin postulatlarını pozur və son nəticədə Avropada genişmiqyaslı texnogen fəlakətə gətirib çıxara bilər.

 

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Avropa qazın maksimal qiymətinə qoyulan məhdudiyyətləri aradan qaldırır
Kenquru kişini xəstəxanalıq etdi
Aktyor vəfat etdi

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Plastik cərrahların nəzərinə:Bu gün son gündür
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi