Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
116251
az

Yaponiya müdafiə büdcəsini rekord səviyyəyə qaldıracaq

21:5717 Avqust, 2024
119
DÜNYA
  • A

Yaponiya gələn il müdafiə büdcəsini rekord həddə - 54 milyard dollara çatdırmaq istəyir.

 

Kyodo xəbər verir ki, buna səbəb Çindən gələn təhdidlər olub.

 

Nəşr öz mənbələrinə istinadən qeyd edir ki, Yaponiya Müdafiə Nazirliyi 2025-ci maliyyə ili üçün 54 milyard dollarlıq rekord büdcə tələb etməyi planlaşdırır.


Xüsusilə, rekord büdcəyə "Çinin artan hərbi iddialılığı" fonunda ucqar adaları daha yaxşı qorumaq üçün pilotsuz təyyarələrin yerləşdirilməsi tələbi daxil olacaq. Söhbət Tayvana yaxınlığına görə strateji əhəmiyyət kəsb edən Nansey adaları zəncirindən gedir.

Hökumətin 2027-ci ilə qədər müdafiə xərclərini 43 trilyon yen maliyyələşdirməyi vəd etməsindən sonra Yaponiya müdafiə büdcəsini kəskin şəkildə artırıb. Müdafiə Nazirliyinin cari il üçün büdcəsi 7,9 trilyon yendir və həm də ölkə tarixində ən böyük büdcədir.

Yaponiyada uzun illər ərzində illik müdafiə xərcləri ÜDM-in təqribən 1 faizi və ya 5 trilyon yendən bir qədər çox ilə məhdudlaşırdı. Lakin 2022-ci ildə Yaponiya hökuməti Şimali Koreyadan gələn təhdidlərə görə təhlükəsizlik sənədlərini yenilədi.

 

Miri

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dünyanın ən bahalı metalı açıqlandı
ABŞ Trampın Qrenlandiyanı “ilhaq etmək” ideyasını yüksək qiymətləndirdi
Mask açıq şəkildə Trampın müttəfiqinə qarşı çıxış edib

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Paytaxtda DƏHŞƏT -Hamilə sevgilisini qarnından güllələdi, özü isə...