Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
116245
az

Prezident Pezeşkian İrandakı partlayışla bağlı: xalq narazıdır!

20:4117 Avqust, 2024
117
DÜNYA
  • A

İran prezidenti Məsud Pezeşkian parlamentin iclasında çıxışı zamanı bildirib ki, İran ağır iqtisadi vəziyyətdədir, ölkə xalqı bədbəxtdir.

 

Oxu24.com xəbər verir ki, bu barədə  “Anadolu” məlumat yayıb.

 

"Bu, Amerika və ya əcnəbilərin deyil, bizim günahımızdır", deyə  İran prezidenti bildirib.


“Ölkə ağır vəziyyətdədir, insanlar isə ağır iqtisadi vəziyyətdədir. İqtisadi, sosial, ekoloji, təhsil və mədəniyyət sahələrində ədalətsizlik və disharmoniya hamıya təsir edir”, - deyə prezident qeyd edib.

Məsud Pezeşkian çıxışında xüsusilə ədalət məsələsinə diqqət çəkib: “Hökumətin vəzifəsi ədalətli davranmaq, yəni xalqı razı salmaqdır. Bu, bütün qəlbimizlə inandığımız bir prinsipdir. Heç bir din, heç bir iman, heç bir imam, heç bir peyğəmbər heç bir insan üçün ədalət hüdudlarından kənara çıxmamışdır. Dindar olub-olmaması, türk, fars, ərəb, əcnəbi və ya yerli olması fərq etməz. Bütün mübarizə ədalətlə bağlıdır”.

İslam Respublikasına qarşı təhdidlərə gəlincə, İran prezidenti bildirib ki, əsas ABŞ-dır: “Amerika sanksiyalar tətbiq edir, amma birləşsək, bu təhdidləri aradan qaldıra bilərik. Bölgədə gərginlik, müharibə, qan tökülməsi hökm sürür. Qonşularla münasibətlərimiz zəifləyib, sosial kapitalımız azalıb, daxili bütövlüyümüz zəifləyib, hakimiyyətin millət qarşısında nüfuzu zəifləyib. Bunlar bizim zəif cəhətlərimizdir”.

Pezeşkian əmin edib ki, hakimiyyət ölkədə yoxsulluğun azaldılması üçün səylərini davam etdirəcək. “Biz bu xalqa xidmət etmək üçün gəlmişik, onu idarə etmək üçün deyil. Dövlət xidmət aləti olmalıdır, əks halda əhəmiyyətsiz və faydasızdır”.

 

Miri

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ukrayna Avropada IQ reytinqində sonuncu yerdədir
Almaniya Rusiyadan qaz almağa davam edir
Hələbdə kütləvi məzarlıq tapılıb

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Paytaxtda DƏHŞƏT -Hamilə sevgilisini qarnından güllələdi, özü isə...