Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
116238
az

İzmirdəki yanğın gücləndi: 78 nəfər zərər gördü -YENİLƏNDİ

09:3917 Avqust, 2024
96
DÜNYA
  • A

Türkiyənin İzmir vilayətində baş verən yanğınlarda 78 nəfər zərər görüb. Onların bəziləri xəsarət alıb, bəziləri isə tüstüdən zəhərlənib.

OXU24.COM  xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildirilib.

Hazırda xəstəxanalarda 29 nəfərin müalicəsi davam edir. Bölgəyə çox sayda tibbi qrup cəlb edilib.

Alovla mübarizə havadan və qurudan davam edir. İndiyədək bölgədə 87 yaşayış binası və 45 iş yerinin boşaldıldığı, 16 evin isə yandığı bildirilir.

Xatırladaq ki, İzmirin fərqli meşəlik ərazilərdə başlayan yanğın yaşayış yerlərinə yayılıb.

***

Türkiyənin İzmir vilayətində baş verən meşə yanğınları bölgədə əsən güclü küləyin təsiri ilə genişlənərək yaşayış yerlərinə çatıb.

Publika.az xəbər verir ki, bölgədə bir bina yanıb, çox sayda ev boşaldılıb.

Vilayətin Karşıyaka rayonunda dünən axşam saatlarından başlayan yanğın ətrafa yayılıb.

Bölgəyə 5 təyyarə, 15 helikopter və çox sayda texnika cəlb edilib. Yanğınsöndürmə işləri səhərə qədər davam edib.

Bu gün bölgədə əsən küləyin sürəti saatda təxminən 80 kilometrə çatıb. Bu səbəbdən təyyarələr bir müddət yanğına müdaxilə edə bilməyib. Qurudan müdaxilələrə baxmayaraq, alovun böyük hissəsi iş yerlərinə yayılıb.

Əhali təxliyə edilib. Yanğının baş verdiyi əraziyə gedən yollarda nəqliyyatın hərəkəti dayandırılıb.

Türkiyənin kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı hadisə yerinə yollanıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şarl Mişel bu ölkələrə səfər edəcək
Bu ölkənin prezidenti koronavirusa yoluxdu
Bu dəfə Ukrayna Belarusa XƏBƏRDARLIQ ETDİ


KURYOZ HADİSƏ: it gəlinin üzüyündəki BRİLYANT QAŞI UDDU

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
İrkutsk vilayətində Tu-22M3 bombardmançı təyyarəsinin qəzaya uğraması videoya çəkilib
"Al Market" vətəndaşları belə aldadır - FOTO
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Evin həyətindən çətənə kolları aşkarlandı