Qaynar xətt:

(+99450) 247 90 86

Qızılın qiyməti tarixi maksimuma çatdı

İQTİSADİYYAT

231

17.08.2024, 09:16

Cümə günü ticarət zamanı qızılın qiyməti etibarlı aktivlərə güclü tələbat səbəbindən tarixi maksimuma çatıb.

Bu barədə “İnterfaks” “Trading Economics”ə istinadən məlumat yayıb.

“Comex” birjasında qızılın sentyabr fyuçersləri 1 unsiya üçün 2 493 ABŞ dollarına satılır. Bu, öncəki sessiyanın bağlanışında olan səviyyə ilə müqayisədə demək olar 1,4 % bahalaşma deməkdir.