Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
116218
az

Ukrayna Kurskda körpünü HIMARS-la vurdu, bəzi kəndlərlə əlaqə kəsildi

21:1616 Avqust, 2024
44
MANŞET
  • A

Ukrayna Silahlı Qüvvələri Kursk vilayətində Seym çayı üzərindəki daha bir körpüyə hücum edib.

OXU24.COM xəbər verir ki, bu barədə mənbələrinə istinadən "SHOT" "Telegram" kanalı məlumat yayıb.

Məlumata görə, söhbət Qluşkovski rayonunun Zvannoye kəndində yerləşən körpüdən gedir. Körpü bir neçə dəfə atəşə tutulub.

Kursk vilayətinin qubernatorunun səlahiyyətlərini icra edən müşavir Roman Alekhin bildirib ki, ukraynalı hərbçilər körpüyə Amerika istehsalı olan bir neçə HIMARS raketi atıblar. Bununla da körpü dağılıb.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri bununla da Qluşkovski rayonunun Seym çayı boyunca bir hissəsinin ələ keçirilməsi planını həyata keçirmək üçün hərəkətə keçiblər.

O əlavə edib ki, hazırda Qluşkovski rayonunun bəzi kəndləri ilə əlaqə kəsilib.

Daha əvvəl Kursk vilayətində Ukrayna Silahlı Qüvvələrinin hücumundan sonra mindən çox insanın itkin düşdüyü açıqlanıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI


81 deputatdan Makrona zərbə
4 günlük iş rejiminə keçildi: Bu, demoqrafik tənəzzülün qarşısını ala bilər
Bakıda obyektdəki yanğın tam söndürüldü -FOTO/VİDEO

Azərbaycanın amfibiya təyyarəsi Türkiyədə maraq yaratdı - VİDEO

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
Prezidentin xanımı və qızı ilə səsverməsindən yeni- Video
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Valideyn narkotikin təsiri altında maşın sürərkən tutulan övladına haqq qazandırdı