Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
116207
az

"Ermənistan beynəlxalq konvensiyaların tələblərini daim pozub" - Kamran Əliyev

16:4216 Avqust, 2024
143
SİYASƏT
  • A

Ermənistan mövcud beynəlxalq konvensiyaların tələblərini daim pozub.

Oxu24.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev bu gün Naxçıvanda keçirilən "Ekoloji su hüquqpozmalarının iqlim dəyişikliyinə təkan verməsi" mövzusunda" Elmi-Praktiki Konfrans zamanı qeyd edib.

“Ermənistan mövcud beynəlxalq konvensiyaların tələblərini daim pozub. Belə ki, BMT-nin Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında 1991-ci il Konvensiyası (ESPO), "Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi haqqında" BMT-nin 1992-ci il tarixli Konvensiyası, eləcə də həmin Konvensiyanın "Su və sağlamlıq haqqında" 1999-cu il 17 iyun tarixli Protokollarından irəli gələn öhdəliklər Ermənistan tərəfindən kobud şəkildə pozulub” – deyə Baş prokuror bildirib.

Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi işğalçı siyasətin acı nəticələrindən birinin ölkəmizin su ehtiyatlarının yararsız vəziyyətə gətirilməsi olduğuna diqqət çəkən Baş prokuror bunun nəticəsində Azərbaycan əhalisinin illərdir Şərqi Zəngəzurda olan zəngin su ehtiyatlarından məhrum qaldığını vurğulayıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bayramov serbiyalı həmkarı ilə görüşdü- Fotolar
Prezidentə       təbriklər        gəlir
Naxçıvanda yeni İES tikiləcək

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Təcili tibbi yardıma 800 minə yaxın    müraciət    olub
“Ayıcıq” bağçasında iş adı ilə insanları aldadan şəxs tutuldu- Video