Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
116171
az

Kirayə götürdüyü avtomobillə narkotik daşıyırmış

10:4416 Avqust, 2024
72
KRİMİNAL
  • A

Baş Dövlət Yol Polisi İdarəsinin Ələt-Astara yolu üzərində yerləşən stasionar postunda “KIA” markalı avtomobilin sürücüsü yol-patrul xidməti əməkdaşının “Saxla” işarəsinə əhəmiyyət verməyərək hərəkətini davam etdirib. YPX Alayının əməkdaşları tərəfindən görülən tədbirlərlə tabesizlik göstərən sürücü – Lənkəran rayon sakini Faiq İsayev saxlanılıb.

Oxu24.com xəbər verir ki, araşdırma zamanı F.İsayevin avtomobili narkotik vasitənin təsiri altında idarə etməsi və kirayələdiyi avtomobildə narkotik vasitə daşıması müəyyən olunub. Belə ki, avtomobilə baxış zamanı oradan ayrı-ayrı qablaşdırılmış ümumi çəkisi iki kiloqrama yaxın olan narkotik vasitə aşkarlanaraq götürülüb.

Narkotik vasitələrin qanunsuz dövriyyəsi məqsədilə avtomobil kirayələyən F.İsayev aidiyyəti üzrə ərazi polis orqanına təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi - FOTO
Prokurorluq məktəblinin qətli ilə bağlı məlumat yaydı
Bərdə bazarında ər arvadını bıçaqladı

WhatsApp-a bir yenilik gəlir

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Milli Qəhrəmanın adını daşıyan məktəb qəzalı vəziyyətdədir - FOTO
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi - FOTO