ABŞ Dövlət Departamenti Almaniyaya Patriot raketlərinin satışına dair sazişi təsdiqləyib.
OXU24.COM xəbər verir ki, bu barədə "RİA Novosti" Pentaqonun tərkibinə daxil olan Təhlükəsizlik Əməkdaşlıq Agentliyinə istinadla məlumat yayıb .
"Departamentin məlumatına görə, Almaniya hökuməti Vaşinqtondan bu tip 600-ə qədər raket almaq imkanı istəyib", - hesabatda qeyd edilib.
Almaniya həmçinin müvafiq avadanlıq, təlim proqramları, ehtiyat hissələri - bütün lazımi xidmətlərin çeşidini alacaq.
Pentaqon gələcək sazişi faydalı adlandırıb, çünki o, Avropadakı əsas müttəfiqini dəstəkləməklə ABŞ-ın xarici siyasətinin maraqlarına xidmət etməlidir.
Oxu24.com
ŞƏRHLƏR