Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
116138
az

Rubl Rusiyanın xarici ticarətində mövqeyini möhkəmləndirib

19:5715 Avqust, 2024
42
DÜNYA
  • A

2024-cü ilin iyununda Rusiya xarici ticarətində rubl ödənişlərinin payı rekord həddə - 43%-ə çatıb.

 

Oxu24.com xəbər verir  ki, bu barədə Rusiya Federasiyası Mərkəzi Bankı məlumat yayıb.

Bu göstərici martda əvvəlki maksimumu (42,7%) keçib. Rubl ödənişlərində artım həm idxalda, həm də ixracda müşahidə olunub. İdxalın ödənişi zamanı rublun payı 42,9%-ə, ixraca görə ödəniş edərkən isə 43%-ə yüksəlib.

Eyni zamanda, dost olmayan dövlətlərin valyutaları ilə ödənişlərin payı minimum 18%-ə qədər azalıb. Asiya ölkələri ilə ticarətdə zəhərli valyutaların istifadəsi xüsusilə nəzərəçarpacaq dərəcədə azalıb: idxalda 13,1%, ixracda isə 12,5%.

“2024-cü ilin ikinci rübündə Rusiya Federasiyasının mal və xidmətlərin idxalının həcmi birinci rüblə müqayisədə 6,5% artaraq 90,1 milyard dollara, rublla ödənilənlər isə 24,5% artaraq 37,8 milyard dollara çatıb”, - deyə hesabatda bildirilir. 

İxracda da artım müşahidə olunub: ümumi həcm 3,8% artaraq 115,3 milyard dollara, rublla ödənilənlər isə 4,5% artaraq 46,3 milyard dollara çatıb.

Rusiya Federasiyasının Mərkəzi Bankı vurğulayır ki, mövcud valyuta məhdudiyyətləri şəraitində rublun məzənnəsi əsasən idxalçıların xarici valyutaya tələbi və ixracatçılardan təklifi balansı ilə müəyyən edilir.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ABŞ-ın Nebraska ştatında kiçik təyyarə qəzası nəticəsində bir nəfər ölüb
Belqorod vilayətində Ukrayna və Rusiya arasında döyüş gedir
ABŞ Ukraynaya enerji avadanlıqlarının tədarükünü artırır


KURYOZ HADİSƏ: it gəlinin üzüyündəki BRİLYANT QAŞI UDDU

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
İrkutsk vilayətində Tu-22M3 bombardmançı təyyarəsinin qəzaya uğraması videoya çəkilib
"Al Market" vətəndaşları belə aldadır - FOTO
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Maştağa və Biləcəridə bıçaqlanma hadisəsi olub