Tu-22M bombardmançı təyyarəsi daha əvvəl İrkutsk vilayətinin Çeremxovo rayonunda qəzaya uğrayıb.
Oxu24.com xəbər verir ki, bu barədə “112” Telegram kanalı məlumat yayıb.
Videoda təyyarənin hələ havada olarkən alovlandığı görünür. Təsdiqlənməmiş məlumatlara görə, ekipaj onu çıxara bilib. Tələfat və dağıntılar barədə məlumat yoxdur.
“Diqqət, Xəbər” Telegram kanalı Mixaylovka kəndinin sakinlərinə istinadən yazır ki, təyyarə kəndin girişinə yaxın ərazidə qəzaya uğrayıb və bundan əvvəl yanmağa başlayıb. Tu-22M bombardmançı təyyarəsi qonşu Usolski rayonundakı Belaya aerodromundan havaya qalxıb. Hələlik ekipajın vəziyyəti ilə bağlı məlumat yoxdur.
Bundan əvvəl Moskva vilayətində Superjet 100 təyyarəsi yerə çırpılıb. Qəzaya səbəb iki mühərrikin eyni vaxtda sıradan çıxması ola bilərdi.
Nigar
Oxu24.com
ŞƏRHLƏR