İrkutsk vilayətinin Çeremxovo rayonunda "Tu-22m" bombardmançı təyyarəsi qəzaya uğrayıb.
OXU24.COM xəbər verir ki, bu barədə “112” "Telegram" kanalı məlumat yayıb.
Kanalın yaydığım videoda təyyarənin hələ havada ikən alovlandığı görünür. Təsdiqlənməmiş məlumatlara görə, ekipaj xilas ola bilib. Yerdə tələfat və dağıntılar barədə məlumat yoxdur.
“Diqqət, Xəbər” "Telegram" kanalı Mixaylovka kəndinin sakinlərinə istinadla yazır ki, təyyarə kəndin girişinə yaxın ərazidə qəzaya uğrayıb və bundan əvvəl yanmağa başlayıb.
"Tu-22m" bombardmançı təyyarəsi qonşu Usolski rayonundakı Belaya aerodromundan havaya qalxıb. Hələlik ekipajın vəziyyəti ilə bağlı məlumat yoxdur.
Hüseyn İbadlı
Oxu24.com
ŞƏRHLƏR