ABŞ-də 11 min yerli sakin işıqsız qalıb.
Oxu24.com xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb ilan olduğu ortaya çıxıb.
Belə ki, Virciniya ştatında güclü elektrik kəsilməsi baş verib. Transformator yarımstansiyasına gələn mütəxəssislər bildiriblər ki, qəzaya səbəb ilan olub. Canlı qadağan olunmuş əraziyə sürünərək avadanlıqları zədələyib.
Elektrikçilər fasilədən saat yarım sonra evlərin enerji təchizatını operativ şəkildə bərpa ediblər.
Oxu24.com
ŞƏRHLƏR