Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
116118
az

Süleyman Kərimova məxsus 1,5 milyard dollardonduruldu

15:5915 Avqust, 2024
115
CƏMİYYƏT
  • A

İsveçrə Baş Prokurorluğu rusiyalı oliqarx Süleyman Kərimovla əlaqəsi olan 4 nəfərlə bağlı araşdırmalara başlayıb. 

Oxu24.com  xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

Bununla bağlı İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi milyonçunun 1,3 milyard frank (1,5 milyard dollar) məbləğində vəsaitini müvəqqəti olaraq dondurub.

İstintaq çərçivəsində işləyən əməliyyat qrupu Luzern, Zuq və Nidvalden kantonlarında evlərdə səkkiz axtarış aparıb. Əməliyyatda Federal Polis Departamenti və kanton polis qüvvələri iştirak edib.

Məlumata görə, avqustun 13-də İsveçrədə Rusiyanın 7,1 milyard İsveçrə frankı (8,2 milyard dollar) dəyərində aktivləri dondurulub. Bu məbləğə sanksiyaya məruz qalan şəxslərə və şirkətlərə məxsus daşınmaz əmlak, lüks avtomobillər və sənət əsərləri daxildir.

İstintaq Ukraynadakı vəziyyətlə bağlı Embarqo Qanununun pozulması və çirkli pulların yuyulması ilə bağlı şübhələrə aiddir.

İndiyədək heç bir həbs olmayıb və təqsirsizlik prezumpsiyası tətbiq edilir.

Bundan əvvəl ABŞ Süleyman Kərimovun 300 milon dollarlıq super yaxtasını müsadirə etmişdi. Onun satışından əldə olunan gəlirlər Ukraynaya ötürülüb. 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Baş nazirdən bağça müəllimləri ilə    bağlı   Qərar
“Təyyarə qəzasına səbəb Rusiya raketi olub”- CALİBER
Öldüyü deyilən Zaqatala sakini ailəsinə zəng etdi - Video

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Yeni görüntülər yayıldı -VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Bu tiktokerlər də  həbs   edildi