Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
116064
az

“Neftçi Arena” təmirə bağlanır

16:1314 Avqust, 2024
46
İDMAN
  • A

“Neftçi” komandasının ev oyunlarını keçirdiyi “Neftçi Arena” müvəqqəti olaraq təmirə bağlanır.

Klubdan  verilən məlumata görə, bir müddət öncə renovasiya işlərinə start verilmiş meydanın son durumu yenidən araşdırılıb və arenanın ot örtüyünün hazırda oyunları qəbul etməyə tam hazır olmadığı məlum olub.

Bildirilib ki, ötən mövsümün sonunda stadionun ot örtüyünün dəyişdirilməsinə qərar verilsə, bu istiqamətdə aparılan işlərin cari mövsümün startına kimi tamamlanması və arenanın komandanın istifadəsinə verilməsi planlaşdırılsa da, iyun-iyul aylarında müşahidə olunan anomal istilər səbəbindən qazonunun keyfiyyətinin istənilən səviyyəyə çatdırılmasında problemlər yaranıb.

Mövcud vəziyyəti, komandanın topa yiyələnmə və qısa ötürmələr üzərində qurulmuş oyun üslubunu, futbolçuların zədə riskini nəzərə alan “Neftçi” rəhbərliyi arenanın yenidən təmirə bağlanmasına, ot örtüyünün ideal səviyyəyə çatdırılmasına qərar verib. Bununla əlaqədar klub tərəfindın Peşəkar Futbol Liqasına rəsmi müraciət ünvanlanıb. Yenilənmə prosesinin Azərbaycan Premyer Liqasının VII turunda “Qarabağ”la keçirəcək ev oyununa kimi tamamlanması nəzərdə tutulub.

Bu səbəbdən tərəflərin razılığına əsasən, “Neftçi”nin ölkə çempionatının III turunda, avqustun 18-də “Sabah”la keçirəcəyi ev oyunu “Liv Bona Dea Arena”da təşkil olunacaq. Digər razılaşmaya görə, Peşəkar Futbol Liqasının təsdiqi əsasında “Şamaxı” ilə ev matçlarının yeri dəyişdirilib. V turda keçirilməsi nəzərdə tutulan “Neftçi” – “Şamaxı” görüşü Bakıda yox, Şamaxıda oynanılacaq. İkinci dövrənin “Şamaxı” – “Neftçi” matçı isə “Neftçi Arena”da baş tutacaq.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Qarabağ” və “Zirə”nin avrokubok oyunları sükutla başlayacaq
“Zirə” - “Omoniya” oyununun biletləri satışa çıxarılır
Çempionlar Liqası: "Qalatasaray" "Yanq Boyz"u qəbul edəcək


KURYOZ HADİSƏ: it gəlinin üzüyündəki BRİLYANT QAŞI UDDU

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
İrkutsk vilayətində Tu-22M3 bombardmançı təyyarəsinin qəzaya uğraması videoya çəkilib
"Al Market" vətəndaşları belə aldadır - FOTO
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Zaqatalada keçmiş məhkum narkotikə görə tutuldu - FOTO