Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
116055
az

Polşada “Rusiya təsirini” araşdırmaq üçün komissiyanın xərclərini hesablayıblar

20:4314 Avqust, 2024
72
DÜNYA
  • A

Son illərdə baş verdiyi iddia edilən “Rusiya təsirini” araşdırmaq üzrə komissiyanın işi Polşa büdcəsinə təxminən 140 min dollara başa gəlib.

 

Oxu24.com xəbər verir ki,bu barədə Rzeczopspolita yazır.

 

“PiS (Qanun və Ədalət partiyası - Oxu24.com) tərəfindən yaradılan Rusiyaya təsir üzrə komissiyanın üç aylıq işinə 555 min zlotidən (139 min dollar) çox pul xərclənib”, - materialda deyilir.

Qeyd olunur ki, “Rusiya təsirinin” öyrənilməsi üzrə Dövlət Komissiyasının doqquz üzvünün üç ay ərzində maaşlarına demək olar ki, 422 min zloti gedib. Komissiya avqustun sonundan 2023-cü il noyabrın 29-dək qüvvədə olub.

Bundan əvvəl Polşa Daxili İşlər Nazirliyinin rəhbəri Tomaş Siemonyak bildirib ki, 2023-cü ilin dekabr ayından bu yana Polşada 18 vətəndaş Rusiya və Belarusun xeyrinə casusluqda ittiham olunaraq saxlanılıb və həbs edilib.

Siemonyakın sözlərinə görə, bütün vətəndaşlar Polşa ərazisində təxribat aktları planlaşdırmaqda və ya törətməyə cəhddə ittiham olunurlar. Söhbət Rusiya və Belarus kəşfiyyat xidmətləri ilə birbaşa əməkdaşlıqdan gedir.

Bundan əvvəl Polşa Aİ-yə Ukraynanın ticarət imtiyazlarını ləğv etməyi təklif etmişdi.

 

Nigar

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu ölkə də qarışır – “Ərəb baharı” alovlanır
Bu tarixdə süni intellekt insanların yerinə keçəcək
Lukaşenko bu dəfə o qızla RƏQS ETDİ -VİDEO

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu