Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
116042
az

Qəzza ilə bağlı danışıqların tarixi açıqlanıb

13:1414 Avqust, 2024
67
DÜNYA
  • A

Qəzza zolağında vəziyyətin nizamlanması üzrə danışıqların növbəti mərhələsi avqustun 15-də Qətərdə baş tutacaq.

 

Oxu24.com xəbər verir ki, Bu barədə TASS-a İsrailin baş naziri Binyamin Netanyahunun ofisinin müşaviri Dmitri Gendelman məlumat verib.

“Danışıqların növbəti mərhələsi sabah (15 avqust - redaktorun qeydi) Qətərin paytaxtı Dohada baş tutmalıdır. İsrail nümayəndə heyətinə Mossad-ın rəhbəri David Barnea başçılıq edəcək”, o bildirib.

Bundan əvvəl HƏMAS-ın Livandakı nümayəndəsi Əhməd Əbdül Hadi bildirmişdi ki, Fələstinin radikal HƏMAS hərəkatı Qəzza zolağında atəşkəslə bağlı məsləhətləşmələrdə iştirak etməyəcək. Onun sözlərinə görə, hərəkat bütövlükdə danışıqların əleyhinə olmasa da, Netanyahu atəşkəs razılaşmasının əldə olunmasında maraqlı olmadığı üçün indi onlar mümkün deyil.

İran hökuməti də avqustun 13-də analoji qərar qəbul edib. İslam Respublikasının BMT-dəki diplomatik nümayəndəliyinin nümayəndəsinin sözlərinə görə, Tehran Qəzza zolağında qarşıdan gələn sülh danışıqlarına öz müşahidəçilərini göndərməyəcək.

Bundan əvvəl Netanyahu Həniyəyə qarşı sui-qəsddən sonra Qəzzə ilə bağlı razılıq əldə etmək şanslarını dəyərləndirib.

 

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

AZAL təyyarəsi ilə bağlı hər şey məlum oldu – Moskvaya “həqiqəti gizlətmə” mesajı
İstanbul-Moskva təyyarəsi Həştərxana məcburi eniş etdi
Zukerberq süni intellektlə bağlı böyük planını açıqladı: 65 milyard dollar...

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Ötən il 216 kriminal qrup zərərsizləşdirilib