Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
116022
az

Halsızlıq, qızdırma və səpgilər: Türkiyəni ağuşuna alan xəstəlik Azərbaycana gəlir?

09:3014 Avqust, 2024
85
CƏMİYYƏT
  • A

Son günlər Türkiyədə vətəndaşlar arasında əllərdə və ayaqlarda qızartılı səpgilərlə müşahidə edilən xəstəlik baş qaldırıb. Ən qorxulusu budur ki, iddiaya görə, xəstəlikdən əl və ayaq barmaqlarının dırnaqları tamamilə tökülür, sonra bərpa olunur. Bu barədə məlumatlar sosial şəbəkələrin Türkiyə seqmentində yayılıb.

Türkiyə Azərbaycana qonşu ölkə olduğu üçün sözügedən xəstəlik cəmiyyətimizdə də narahatlığa səbəb olur.

Görəsən, xəstəliyin ölkəmizdə yayılma riski varmı və sağlamlığa zərərləri nələrdir?

Milli.Az xəbər verir ki, İnfeksionist Mərdan Əliyev mövzu ilə bağlı Oxu.Az-a açıqlama verib. O bildirib ki, söhbət əl-ayaq-ağız xəstəliyindən gedir:

 

"Bu, kəskin virus xəstəliyidir. Son günlər Türkiyədə aktivləşib, ancaq Azərbaycanda vəziyyət stabildir. Xəstəlik epidemik formada müşahidə edilmir, amma qrup şəklində uşaqlarda görülə bilər. Əsasən, ağızda vezikulyar (yarımkürə formalı, şəffaf, yaxud azacıq bulanıq möhtəviyyatla dolu qovuq - red.) səpgilər şəklində özünü büruzə verir. Əllər, ayaqlar, sağrı və qasıq nahiyəsində də görülə bilər.

Xəstəliyin dırnaqları tökməsi isə mümkün deyil. Dırnaqların tökülməsinin müxtəlif səbəbi ola bilər. Ancaq dəqiq olan odur ki, buna səbəb kimi infeksiya göstərilə bilməz. Bu xəstəlik A tipli Koksaki virusu tərəfindən törədilir. Koksaki viruslarının digər növləri də xəstəlik törədə bilər. İnfeksiya fekal-oral, dəri səpgiləri və ağız suyu ilə kontakt zamanı yoluxur. Əl-ayaq-ağız xəstəliyi, adətən, mülayim gedən və 7-10 günə sağalan xəstəlikdir. Nadir hallarda davamlı olur və ciddi ağırlaşmalar ortaya çıxır. Ən həssas qrup 10 yaşa qədər uşaqlardır. Onlar xəstəliyə daha tez yoluxurlar və digər ailə üzvlərinə də keçirirlər. Xəstəlik təmas yolu ilə keçir, bəzən halsızlıq, 24-48 saat davam edən 38-39o C qızdırma və nadir hallarda qusma ilə müşahidə edilir".

İnfeksionistin sözlərinə görə, xəstəliyin klinik əlamətlərə görə diaqnozu asanlıqla qoyulur:

"Laboratoriya müayinələrinə, adətən, ehtiyac olmur. Bir sıra hallarda analiz üçün səpgilərdən və nəcis nümunəsindən istifadə oluna bilər. Virusəleyhinə spesifik müalicə yoxdur. Dəstəkləyici terapiya aparılır. Dehidratasiyanın (susuzlaşmanın - red.) qarşısını almaq üçün soyuq maye qəbul edilməlidir, acı və turş maddələr diskomfort hissi yaratdığı üçün istehlak edilməməlidir. Kəskin hallarda venadaxili məhlullara ehtiyac ola bilər. Qızdırma antipiretiklərlə düşürülə bilər. Ağrı standart dozalı ağrıkəsicilərlə müalicə olunur".

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"Barcelona"nın prezidenti Bakıda XALÇA TOXUDU -ANBAAN VİDEO
Bəzi fermerlərə əlavə SUBSİDİYALAR VERİLƏCƏK
Xalq artistinin oğlu vəfat etdi -FOTO

Pentaqonun UFO Ofisi bir ildə 700-dən çox hesabat aldı - The Hill

18+

Kuryer tələbə qızı zorlayıb (18+)
Paşinyan saqqalını qırxdı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Üzünüzdəki 2 əlamət bu xəstəlikdən xəbər verir
Çində məktəbdə bıçaqlı hücum -8 ölü, 17 yaralı / VİDEO