Polşa ABŞ-la 96 müasir Apaçi helikopterinin alınması üçün müqavilə imzalayıb.
Oxu24.com xəbər verir ki,bu barədə Polşa Müdafiə Nazirliyi X sosial şəbəkəsində məlumat yayıb.
Polşanın baş nazirinin müavini və milli müdafiə naziri Vladislav Kosiniyak-Kamış ABŞ hökuməti ilə 96 ədəd AH-64E Apache hücum helikopterlərinin, logistika və təlim dəstəyi paketinin, həmçinin döyüş sursatı və ehtiyat hissələrinin tədarükü üçün müqavilə imzalayıb. . Müqavilənin ümumi dəyəri 10 milyard dollardır.
Bundan əvvəl Polşanın ABŞ-la raketlərin alınması ilə bağlı müqavilə bağladığı bildirilirdi. Müqavilənin məbləği 850 milyon dollardır.
Miri
Oxu24.com
ŞƏRHLƏR