Parisdə Yay Olimpiya Oyunlarında işləyən 21 yaşlı könüllü ölü tapılıb.
OXU24.COM xəbər verir ki, bu barədə "Le Parisien" məlumat yayıb.
Bildirilib ki, o, bağlanış mərasimi bitdikdən sonra yoxa çıxıb.
Qeyd edilib ki, qız ertəsi gün Parisdəki mənzillərdən birində ölü tapılıb.
Onun başının sol tərəfində hematoma, boynunda isə yara olub.
Qətli törətməkdə şübhəli bilinən şəxs artıq polis tərəfindən saxlanılıb. Qətlə yetirilən qadının sevgilisi olduğu iddia edilən başqa bir könüllü olduğu ortaya çıxıb.
Oxu24.com
ŞƏRHLƏR