Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
115996
az

Müdafiə Nazirliyinin daha bir vəzifəli şəxsihəbs olundu

16:0013 Avqust, 2024
207
SON DƏQİQƏ
  • A

Müdafiə Nazirliyindəki xüsusilə külli miqdarda yeyintiyə görə daha bir zabit həbs edilib.

Oxu24.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, MN-in N saylı korpusunun Maliyyə xidmət rəisi vəzifəsini icra edən Namiq Mirzəyev barəsində Səbail rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

Belə ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri zamanı Namiq Mirzəyevin Müdafiə Nazirliyində məlum maliyyə araşdırmaları və həbslərdən sonra da 2023-2024-cü illərdə eyni üsullarla xüsusilə külli miqdarda dövlət vəsaitini mənimsəmə əməllərini davam etdirdiyi məlum olub.
Ətraflı

Qeyd edək ki, N.Mirzəyev bir müddət əvvəl Müdafiə Nazirliyindəki xüsusilə külli miqdarda mənimsəməyə görə həbs edilmiş Maliyyə-Büdcə İdarəsinin rəisi general-mayor Nizami Məmmədov və digərlərinin barəsində olan cinayət işi üzrə məhkəmədə şahid qismində ifadə vermişdi.

Hazırda DTX-də istintaqı aparılan cinayət işi üzrə Namiq Mirzəyev Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham olunur.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycan Kadırovun yardımından    imtina    etdi
Siyavuş Kərimi vəzifəsindən azad olundu- Sərəncam
Bu bələdiyyələr birləşdirildi- SİYAHI

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Orta məktəbdə atışma: Qız şagirdi öldürdü, özü də intihar etdi