Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
115964
az

Əlcəzairli Baş katib BMT TŞ-nın işini kəskin tənqid edib

12:5713 Avqust, 2024
80
DÜNYA
  • A

“İslahata ehtiyacı olan BMT Təhlükəsizlik Şurasının Afrika ölkələrinin zəkasına və məsuliyyət hissinə ehtiyacı var”.

Oxu24.com xəbər verir ki, bunu Nyu-Yorkda dünya təşkilatının Təhlükəsizlik Şurasının iclasında çıxış edən Əlcəzair Xarici İşlər Nazirliyinin Baş katibi Lunes Maqraman deyib.

“Bugünkü görüş çoxlu sayda problemlərin beynəlxalq sülh və təhlükəsizliyə xələl gətirdiyi kontekstdə keçirilir. Mövcud vəziyyət aparıcı güclərin artan qütbləşməsi ilə xarakterizə olunur. Biz BMT-nin prioritetlərinin seçilməsində beynəlxalq hüququn aşınmasını, ikili standartlardan istifadəni və seçmə yanaşmanı görürük”, - deyə o qeyd edib.

Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurası demək olar ki, tamamilə iflic vəziyyətindədir: “Onun işi qüdrətli dövlətlərin maraqlarına uyğun həyata keçirilir. Nəticə etibarı ilə beynəlxalq ictimaiyyət münaqişələrdən sonra böhranın necə uzandığını və bunun genişlənməsini sükutla izləyir. Bu, böhranları effektiv idarə etməyi çətinləşdirir”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiya öz səmasında Santa Klausu da vurdu - VİDEO

İstanbuldan Moskvaya uçan təyyarə geri qayıtdı -Nə baş verir?
Zelenski Prezident İlham Əliyevə və Azərbaycan xalqına başsağlığı verib

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Qocalıqda sağlam beynin sirri: Həkim açıqladı
Ölənlər və yaralı var