"Rusiyanın başqa bir bölgəsi də daxil olmaqla, Ukrayna-Rusiya sərhədi boyunca hücumlar barədə məlumatlıyıq. Biz narahatlığımızı bildiririk və tərəfləri məsuliyyətlə hərəkət etməyə çağırış edirik".
OXU24.COM xəbər verir ki, bunu BMT Baş katibinin sözçüsünün müavini Farhan Haq bildirib.
"BMT Baş katibi Ukrayna və Rusiya arasında davam edən gərginliyin qarşısını almağa çağırır. Yeni ərazilərdə hər hansı döyüş təhlükəli eskalasiya riski yaradır və biz buna qarşıyıq", - o deyib.
BMT-nin iki ölkə arasında yenidən alovlanan gərginliyi diqqətlə izləməyə davam etdiyi vurğulanıb.
Qeyd edək ki, Ukrayna və Rusiya avqustun 11-də Zaporojye Atom Elektrik Stansiyasında baş verən yanğından sonra bir-birini günahlandırıb.
Oxu24.com
ŞƏRHLƏR