Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
115932
az

Sabah bu ərazilərdə qaz olmayacaq

21:1012 Avqust, 2024
39
CƏMİYYƏT
  • A

Sabah Astara, Masallı və Yardımlı rayonlarının bəzi ərazilərində qaz olmayacaq.

OXU24.COM xəbər verir ki, Astara rayonu Balaca Şahağacı kəndində orta təzyiqli yeraltı daşıyıcı qaz xəttində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması ilə əlaqədar "Şahağac" qaz paylayıcı stansiyadan qidalanan Kakalos, Balaca Şahağacı, Qamışoba və Pensər kəndinin bir hissəsi olmaqla, ümumilikdə 1 100 abonentin qaz təchizatının sabah saat 14:00 dan işlər yekunlaşana kimi dayandırılması planlaşdırılır.

Eyni zamanda Masallı rayon ərazisində yerləşən “Alvadı” qaz paylayıcı stansiyadan qidalanan, Köhnə-Alvadı, Bambaşı kəndlərini təbii qazla təchiz edən orta təzyiqli qaz xəttinin kipliyə sınaq edilməsi məqsədi ilə sabah saat 10:00 dan işlər yekunlaşana qədər Bambaşı, Böyük Xocavar və Yeyənkənd kəndlərinin, ümumilikdə 1 900 abonentin qaz təchizatının dayandırılması planlaşdırılır.

Həmçinin Yardımlı rayonu Şilavəngə, Çayüzü və Perimbel kəndlərini təbii qazla təchiz edən orta təzyiqli qaz xətlərinin kipliyə sınaq edilməsi məqsədilə sabah saat 14.00-dan işlər başa çatanadək, ümumilikdə 300 abonentin qaz təchizatının dayandırılması planlaşdırılır.

Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Siqaretlə ehtiyatsız davranma Bakıda CAN ALDI -VİDEO
Yaponiya sahillərində güclü zəlzələ oldu
Makron yeni baş nazir seçir: Hökumət başçısı siyasətçi olmayacaq

Almaniyada qədim slavyanların qeyri-adi dəfn yeri tapılıb

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
İrkutsk vilayətində Tu-22M3 bombardmançı təyyarəsinin qəzaya uğraması videoya çəkilib
"Al Market" vətəndaşları belə aldadır - FOTO
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Xaçmazda avtomobillər toqquşdu: xəsarət alanlar var