Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
115911
az

Moskvada naməlum şəxslər Litva səfirliyinin üzərinə boya töküblər

13:5512 Avqust, 2024
108
DÜNYA
  • A

Naməlum şəxslər Litvanın Moskvadakı səfirliyinin iki girişinə qırmızı boya töküblər.

Oxu24.com xəbər verir  ki, bu barədə TASS məlumat yayıb.

Hücum edənlər diplomatik missiyanın divarındakı lövhədə də qırmızı əl izləri qoyublar.

Agentliyin müxbirinin verdiyi məlumata görə, hadisə Borisoqlebski zolağında baş verib.

Hazırda səfirliyin binası yaxınlığında vəziyyət sakitdir. Polis hadisə yerindədir və diplomatik nümayəndəlikdə açılan fotosərgi fəaliyyətini davam etdirir.

Bundan əvvəl naməlum şəxslər Çexiyanın Moskvadakı səfirliyinin binasına qırmızı boya töküblər. Onlar binanın girişindəki hasara və turniketə ləkə vurublar. Hadisə yerinə Rusiya Milli Qvardiyasının əməkdaşları gəlib.

Ötən ilin aprelində Rusiyanın Kanadadakı səfirliyinin nazir-müşaviri Vladimir Proskuryakov bildirmişdi ki, naməlum təcavüzkar Rusiyanın Ottavadakı səfirliyinin hasarının bünövrəsinə qırmızı boya tökərək Rusiya diplomatik missiyasının əmlakına ziyan vurub.

 

Nigar

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İrakliKobaxidze Prezident İlham Əliyevə başsağlığı verib
Kinorejissor öldü
Rusiya Xarici İşlər Nazirliyi Tramp komandası ilə təmaslardan danışıb

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Yeni görüntülər yayıldı -VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Pirotexniki vasitələr satan 17     nəfər      saxlanıldı