Gələn həftə ABŞ və Cənubi Koreya genişmiqyaslı birgə hərbi təlimlərə başlayacaq.
Oxu24.com Yonhap agentliyinə istinadən xəbər verir ki, təlim Şimali Koreyanın “təhlükələrinə” qarşı hazırlığı gücləndirmək məqsədilə bütün qoşun növlərinin iştirakı ilə keçiriləcək.
Ulchi Freedom Shield (UFS) təlimi avqustun 19-dan 29-dək keçiriləcək və böyük kompüter simulyasiyasına əsaslanan komanda-qərargah məşqi, həmçinin eyni vaxtda səhra və mülki müdafiə təlimlərini əhatə edəcək.
Təlimlərə Cənubi Koreya və Amerika hərbçiləri ilə yanaşı, Seul və Pxenyanın 1950-53-cü illər Koreya Müharibəsindən sonra yaradılan atəşkəsə əməl etməsinə nəzarət etmək vəzifəsi daşıyan Birləşmiş Millətlər Təşkilatı Komandanlığının (UNC) bir sıra üzv ölkələrinin nümayəndələri də qatılacaq.
Miri
Oxu24.com
ŞƏRHLƏR