Pakistanlı həkim, terrorçu Ben Ladenin məhv edilməsində və izlənilməsində ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinə kömək etmiş Şakil Afridi Peşavardakı həbsxanadan təhlükəsiz yerə köçürülüb.
Oxu24.com xəbər verir ki, bu barədə "France Presse" hüquq-mühafizə orqanlarındakı mənbələrə və məhbusun ailəsinə istinadən xəbər verib.
Bildirilir ki, kəşfiyyatçılar həkimi aprelin 26-da başqa əraziyə aparıblar. Onun nə üçün başqa əraziyə aparılmasının səbəbləri məlum deyil.Afridi 2011-ci ilin mayında Ben Ladenin məhvində ABŞ kəşfiyyatçılarına kömək edib. Oxu24.com
ŞƏRHLƏR