Türkiyə ABŞ-dan F-16 təyyarələrinin alınması ilə bağlı razılaşmadan məmnundur və layihənin problemsiz həyata keçirilməsinə ümid edir.
Oxu24.com xəbər verir ki, bu barədə Türkiyənin müdafiə naziri Yaşar Gülər məlumat verib.
"Ümid edirik ki, son döyüş təyyarəsi gətirilənə qədər layihə heç bir problem olmadan başa çatacaq", - Gülər bildirib.
Müdafiə Nazirliyinin rəhbəri əlavə edib ki, Ankara və Vaşinqton hazırda sövdələşmənin detallarını müzakirə etməkdə davam edir.
İyunun 13-də ABŞ və Türkiyə amerikalı qırıcıların bir partiyasının tədarükü üçün müqavilə imzalayıb.
Miri
Oxu24.com
ŞƏRHLƏR