İordaniya gizli şəkildə İsrailə Husi qüvvələrinin turist qiyafəsində Rabat Ammona gələrək sərhədə İsrail ərazisinə soxulmağa çalışdığı barədə məlumat verib.
Oxu24.com xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.
Qeyd olunur ki, İordaniya kəşfiyyatı son aylarda husilərin sərhədə sızmaq üçün bir neçə cəhdinin qarşısını alıb.
Həmçinin bildirilib ki, husilər Qırmızı dənizdə gəmiçiliyi təhdid etməyə davam edir, mütəmadi olaraq müxtəlif növ silahlardan istifadə edərək ticarət gəmilərinə hücum edir. Bu yaxınlarda bəlli oldu ki, husilər həm Yəmən ordusundan oğurlanmış silahlara, həm də İrandan ölümcül silahlara, eləcə də sovet silahlarının surətlərinə sahibdirlər.
Miri
Oxu24.com
ŞƏRHLƏR