Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
115887
az

Bəzi rayonlarda yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA

10:1412 Avqust, 2024
96
CƏMİYYƏT
  • A

Avqustun 12-si saat 9:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, əvvəlcədən xəbər verildiyi kimi, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağıb, şimşək çaxıb. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olub.

Düşən yağıntının miqdarı: Qrız, Gədəbəydə 10 mm, Oğuz, Balakəndə 7 mm, Qax, Şahdağ, Qusarda 6 mm, Daşkəsən, Sədərəkdə 4 mm, Xaltan, Göygöldə 3 mm, Şəki, Quba, Şərurda 2 mm, Naftalan, Qəbələ, Zaqatala, Şabran, Tərtər, Yevlaxda 1 mm-dək olub.

Əvvəlcədən verildiyi kimi şimal-qərb küləyi arabir sarı xəbərdarlığa uyğun olaraq Culfada 21 m/s, Bakıda və Abşeron yarımadasında 18 m/s-dək güclənib.

Neft daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 2.8 metrə çatıb.

Daşkəsən, Lerik, Balakən, Qrız, Şahdağda duman müşahidə olunub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 31, Naxçıvan MR-da 37, Aran rayonlarında 34, dağlıq rayonlarda isə 24 dərəcəyədək isti olub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu ölkənin təhlükəsizlik naziri HƏBS OLUNDU -FOTO
Şəhid anaları təyyarə qəzasında həlak olanların ruhuna dualar oxudular -FOTO/VİDEO
Pilotlar təyyarəni buna görə dənizə endirməyiblər -Kapitan SƏBƏBİ AÇIQLADI / VİDEO

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Usta öldü