Qaynar xətt:

(+99450) 247 90 86

İranlı general Rusiyaya gedib

DÜNYA

93

11.08.2024, 21:11

İRNA xəbər verir ki, İran Müdafiə Nazirliyinin nümayəndə heyəti Rusiyaya səfər edib. Ona briqada generalı Əli Şademani rəhbərlik edir.


Nümayəndə heyəti açılış mərasimində iştirak etmək və “Ordu-2024” Beynəlxalq Hərbi-Texniki Forumunu ziyarət etmək üçün Rusiya Müdafiə Nazirliyinin dəvəti ilə Moskvaya gəlib. Səfər çərçivəsində Şademani Rusiya Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmiləri ilə görüşəcək və “Ordu-2024” Beynəlxalq Hərbi-Texniki Forumunda təqdim olunan ən son hərbi texnologiyalarla tanış olacaq.

Bundan əlavə, briqada generalı digər ölkələrin yüksək rütbəli hərbi nümayəndə heyətləri ilə də görüşlər və məsləhətləşmələr keçirəcək.

 

Miri