Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
115838
az

Pezeşkian Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyinin rəhbər vəzifələrinə namizədlərinin adını çəkib

20:5611 Avqust, 2024
121
DÜNYA
  • A

İran prezidenti Məsud Pezeşkian xarici işlər naziri və müdafiə naziri vəzifələrinə müvafiq olaraq Abbas Əraqçi və Əziz Nəsirzadənin namizədliyini irəli sürüb.

 

Oxu24.com xəbər verir   ki, bu barədə Pezeşkianın mətbuat xidməti məlumat yayıb.


2017-2021-ci illərdə Əraqçi islahatçı prezident Həsən Ruhaninin ikinci hökumətində xarici işlər nazirinin müavini vəzifəsində çalışıb. O, uzun müddət nüvə sazişi üzrə danışıqlarda İran nümayəndə heyətinə başçılıq edib. İran-İraq müharibəsi zamanı (1980-1988) İslam İnqilabı Keşikçiləri Korpusunda xidmət edib. Hazırda o, İranın Beynəlxalq Əlaqələr üzrə Strateji Şurasının katibidir.

General-mayor Əziz Nəsirzadə hazırda İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin birinci müavini vəzifəsini tutur.

Bütün namizədlər parlamentin təsdiqini almalıdırlar. Pezeşkian, həmçinin İranın neft naziri vəzifəsinə Neft Nazirliyinin keçmiş rəis müavini Möhsün Paknejadın, iqtisadiyyat naziri vəzifəsinə Mərkəzi Bankın keçmiş rəhbəri Abdolnasser Hemmati və Kəşfiyyat naziri vəzifəsinə İsmail Xətibin namizədliyini qanunvericilərə təqdim edib. Xətib əvvəlki hökumətin nazirlik portfelini saxlayan yeganə nazirdir.

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dünya çempionu müharibədə həlak oldu
Ukrayna ilə Rusiya arasındakı müharibə bu il bitə bilər
Qurani-Kərimi ayaqlayıb videoya çəkdi- Saxlanıldı

Sağlamlığınıza belə nəzarət      edə      biləcəksiz

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
3 nəfər belə öldü - DƏHŞƏTLİ VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Qaxda azyaşlı qızı yük    maşını      vurdu