Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
115820
az

İranda qadın məhbuslar ÜSYAN ETDİLƏR

01:0611 Avqust, 2024
94
DÜNYA
  • A

 

İranda qadın həbsxanasında məhbuslar üsyan ediblər

OXU24.COM  xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.

Həbsxanalar, Təhlükəsizlik və İslah Xidmətləri İdarəsi (PSC MO) həbsxanada baş verən iğtişaşın dinc yolla yatırıldığını bildirib.

Qurumun şənbə günü yaydığı bəyanatda iranlı mühafizəçilərin Evin həbsxanasında qadın məhbusları döyməsi ilə bağlı mətbuatda yayılan xəbərləri təkzib edib. Bildirilib ki, avqustun 6-da məhbuslardan Narges Mohammadi adlı biri digər məhbusları mühafizə rəisinə hücum etməyə razı salıb.

Bəyanatda həmçinin bildirilir ki, məhbuslar həbsxanadan çıxmaq üçün həyət qapısının kilidini sındırıblar. Mühafizəçilər məhbusların binaları tərk etmələrinin qarşısını almaq üçün tədbirlər görüblər.

İğtişaşlar zamanı qadın məhbuslar həbsxana işçilərini döyüblər. İki məhbus stress səbəbindən ürək döyüntüsünün artmasından əziyyət çəkib, lakin tibbi müayinədən sonra onların ümumi vəziyyətinin qənaətbəxş olduğu bildirilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Prezidentlə xanımı evlərində Putinlə şam etdilər
İzmirdəki yanğın gücləndi: 78 nəfər zərər gördü -YENİLƏNDİ
Belqorada giriş bağlanır

Almaniyada qədim slavyanların qeyri-adi dəfn yeri tapılıb

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
İrkutsk vilayətində Tu-22M3 bombardmançı təyyarəsinin qəzaya uğraması videoya çəkilib
"Al Market" vətəndaşları belə aldadır - FOTO
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Xaçmazda avtomobillər toqquşdu: xəsarət alanlar var