Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
115807
az

Yaponların gözəllik sirri: bu maska sayəsində dəriniz parlayacaq

17:1910 Avqust, 2024
96
CƏMİYYƏT
  • A

Əsrlər boyu mövcud olan gənclik və gözəllik maskalarında yapon qadınlarının sirr olaraq saxladıqları üsul üzə çıxıb. Yaponların uzun illərdir istifadə etdiyi bu təbii qulluq üsulları ilə dəriniz 100 yaşınız olsa belə parlamağa davam edəcək.

OXU24.COM  həmin maskaları təqdim edir:

Yaşıl çay maskası: Yaponların tez-tez hazırlayıb içdikləri yaşıl çaydan maska kimi də istifadə etmək olar. Yaşıl çay maskası dərini təmizləyir və qidalandırır. Yaşıl çayı hazırlayıb soyuduqdan sonra pambığın köməyi ilə dərinizə çəkib antioksidant və yaşlanma əleyhinə xüsusiyyətlərindən faydalana bilərsiniz. Yaşıl çayın dəriyə tətbiqi yaşlanma əleyhinə təsir göstərir, həmçinin sızanaq əmələ gəlməsindən qorunmağa kömək edir.

Dəniz yosunu maskası: Yaponların yeməkdən çaya qədər tez-tez istifadə etdiyi və bir çox cəhətdən faydalandığı dəniz yosunu maskaların hazırlanmasında da istifadə edilir. Dəniz yosunu maskası hazırlayaraq dərinizi qidalandıra bilərsiniz. O, həmçinin dərini zərərli toksinlərdən təmizləyir.

Dəniz yosunu maskasının tərkibi və hazırlanma qaydası belədir:

1 xörək qaşığı toz dəniz yosunu
1 çay qaşığı aloe vera geli
1 çay qaşığı bal
Bir az su

Toz halına salınmış dəniz yosunu bir qaba götürün, su əlavə edin və məcun halına gətirin. Sonra qarışıma bal əlavə edib qarışdırmağa davam edin. Aloe vera gel əlavə edin və qarışdırmağa davam edin. Dərinizi təmizləyib qurutduqdan sonra qarışığı dərinizə yaxşıca çəkin. Sonra dərinizdə qurumasını gözləyin. Daha sonra dərinizi ilıq su ilə yuyaraq təmizləyə bilərsiniz.

Düyü maskası: Yapon qadınlarının min illər boyu gözəllik sirri olan üsul budur. Düyünün tərkibindəki təbii nişasta dəri tonunu açaraq günəş ləkələri və dəri qaralması kimi problemlərdən xilas olmağa kömək edir. Düyü suyu dəriyə soyucu təsir göstərir və onun dərindən təmizlənməsini təmin edir. Dəridəki sallanmaları, qırışları və ləkələri aradan qaldırmağa kömək edir. Düyünü su ilə qaynadıb, daha sonra soyumasını gözləyin. Ondan sonra isə üzünüzə çəkin.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şok iddia: Sadıqov ev dustaqlığındadır
Məşhur sosial şəbəkələr çökdü
Fidan: "Cənubi Qafqazda sülhün təmin edilməsinin son mərhələsindəyik"

Misirdə qədim abidə tapılıb

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
Məşhur futbolçu saxlanılıb