Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
115805
az

Bakıda nazirlik əməkdaşı həbs edildi

16:0510 Avqust, 2024
137
CƏMİYYƏT
  • A

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin vəzifəli əməkdaşı həbs edilib.

OXU24.COM -un əldə etdiyi məlumata görə, agentliyin Daxili nəzarət, audit, monitorinq və təhlil departamentinin Daxili Nəzarət və audit şöbəsinin aparıcı mütəxəssisi 1982-ci il təvəllüdlü Vüsal Əsgərov barəsində həbs-qətimkan tədbiri seçilib.

Sabunçu rayon Polis İdarəsində V. Əsgərov barəsində cinayət işinin açılması məlum olub. O, Cinayət Məcəlləsinin 178-ci, yəni dələduzluq maddəsi ilə ittiham edilib.

Məlum olub ki, Vüsal Əsgərov işlədiyi agentlikdə heç bir aidiyyətinin olmamasına baxmayaraq tamah məqsədilə oraya şikayətə gəlmiş Bahadur adlı 2-ci qrup əlil vətəndaşla əlaqə qurub. Vəzifəli şəxs vətəndaşa problemini həll edəcəyini deyərək ondan 10 600 manat alıb və heç bir real addım atmayıb.

Dələduzluqla üzləşdiyini görən vətəndaş hadisə barədə Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinə şikayət edib.

Sabunçu rayon Məhkəməsinin 8 avqust tarixli hökmü ilə 42 yaşlı məmur 2 il həbs cəzasına məhkum edilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir - İlham Əliyev
COP29-un yüksək təşkilinə görə Azərbaycana təşəkkür edildi -QƏTNAMƏ
COP29-un bağlanış plenar iclası keçirilir

Dünyanın ən uzun və ən qısa qadını ilk dəfə bir arada -VİDEO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
Sahibkarın 70 min manatını mənimsəyib"TikTok"da    hədiyyələrə    xərclədi