Qızı axtarılan xalq artistinin kimliyinə aydınlıq gəlib.
Milli.Az xəbər verir ki, Xalidə adlı qadın "Səni axtarıram"da xalq artisti Qəndab Quliyevanın qızını axtardığını deyib.
Qadın xanəndənin qızı ilə tələbəlik illərində bir evdə kirayədə qaldığını bildirib:
"1986-cı ildə mən Gəncədə institutda oxuyurdum. Onunla bir otaqda qalırdım. O isə texnikumda oxuyurdu. 40 gün bir evdə qaldıq. O qədər bir-birimizə öyrəşdik ki, o, tələbə yoldaşlarımdan üstün oldu mənə. Adı Mərziyədir".
Sonra telefonla efirə qoşulan Mərziyə Xalidəni gec də olsa tanıdığını bildirib.
Oxu24.com
ŞƏRHLƏR