67 kq çəki dərəcəsində yunan-Roma güləşi üzrə 2020-ci ildə Tokioda keçirilən Olimpiya Oyunlarının bürünc mükafatçısı Məhəmməd Elsayed cümə günü səhər Parisdə cinsi təcavüzə görə həbs edilib.
OXU24.COM xəbər verir ki, bu barədə “Le Parisien” məlumat yayıb.
Nəşrin məlumatına görə, avqustun 9-da yerli vaxtla saat 4:30 radələrində polis patrulunun diqqətini küçədə 10 nəfərlik münaqişəli qrup çəkib. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının müdaxiləsindən sonra iki qrup arasında yaranan gərginlik səngiyib, daha sonra onlara yaxınlaşan gənc qız bir neçə dəqiqə əvvəl dava iştirakçılarından biri tərəfindən cinsi təcavüzə məruz qaldığını bildirib.
Onun sözlərinə görə, bir neçə dəqiqə əvvəl axşam keçirdiyi kafedə kişi əlini onun göbəyinə qoyub. Şübhəli şəxs polisə onun Misir güləşçisi olduğunu deyib. O, sərxoş vəziyyətdə tutularaq polis bölməsinə yerləşdirilib. Paris prokurorluğu cinsi qısnama ilə bağlı araşdırmalara başlayıb.
2024-cü il Oyunlarında Elsayed 1/8 finalda azərbaycanlı Həsrət Cəfərova uduzaraq mübarizədən kənarlaşdırılıb.
Oxu24.com
ŞƏRHLƏR