Braziliyada göyərtəsində 58 sərnişin və 4 ekipaj üzvü olan sərnişin təyyarəsi ölkənin cənub-şərqindəki San Paulo əyalətindəki Vinyedu bələdiyyəsi ərazisində qəzaya uğrayıb.
OXU24.COM xəbər verir ki, hadisə ATR 72 model təyyarə Kaskaveldən Quarulosa uçarkən baş verib.
Qəzanın səbəbi bilinmir.
Ölənlər və ya xəsarət alanlar haqqında məlumat verilməyib.
Oxu24.com
ŞƏRHLƏR