Ermənistanın keçmiş iqtidar partiyasının sədr müavini Armen Aşotyan müdafiə naziri David Tonoyanın Azərbaycanın yeni əraziləri uğrunda yeni müharibə haqda bəyanatını dəstəkləyib.Oxu24.com -un
Virtualaz.org-a istinadən məlumatına görə, müdafiə nazirini dəstəkləyən Armen Aşotyan bəyan edib ki, diplomatiyada aydınlıq nümayiş etdirmək və düşmənə anlatmaq lazımdır ki, Ermənistan tərəfi müharibəyə cəlb edilsə, düşmən yeni itkilər verəcək.
"Özü də “İsgəndər”dən istifadə də istisna deyil. Müharibənin nəticəsi yeni ərazilərin “azad edilməsi” (dırnaq bizimdir-virtualaz.org) ola bilər", - deyə A.Aşotyan vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl müdafiə nazirinin bəyanatına Ermənistanın baş naziri Nikol Paşinyan da dəstək vermişdi: “Əgər müdafiə naziri başqa bəyanat versəydi, onu işdən qovardım. O deyib ki, müharibə olarsa, bizim cəhdimiz bu müharibədə qələbə qazanmaq olacaq və bu, normaldır. Bu cür bəyanat nizamlanma prosesinə heç bir kölgə salmır”.
D.Tonoyanın bəyanatını onunla razılaşdırıb-razılaşdırmadığı barədə suala cavab verərkən N.Paşinyan xatırladıb ki, müdafiə naziri birbaşa baş nazirə tabedir.
Oxu24.com
ŞƏRHLƏR