Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
115765
az

Rusiya Xarici İşlər Nazirliyi İsrail və İranla əlaqə saxlayıb

19:0709 Avqust, 2024
73
  • A

Rusiya İsrail və İran hökumətləri ilə əlaqələri ölkələr arasında münaqişənin kəskinləşməsindən sonra davam etdirir.

Oxu24.com  xəbər verir ki, bunu Rusiya Xarici İşlər nazirinin müavini Mixail Boqdanov bildirib.

Rusiya XİN rəhbərinin müavini qeyd edib ki, Rusiya bütün tərəfləri münaqişəni deeskalasiya etməyə çağırır. Onun sözlərinə görə, mövcud vəziyyətin həlli siyasi yollarla axtarılmalıdır.

“Biz hamını regionun bütün ölkələri üçün fəlakətlə təhdid edən növbəti eskalasiyadan çəkinməyə çağırırıq. Biz problemlərin siyasi həlli yollarını axtarmalıyıq”, - deyə Boqdanov bildirib.

Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyəyə hücumdan sonra Yaxın Şərqdə vəziyyət daha da gərginləşib. İran hadisədə İsraili günahlandıraraq, tez və sərt cavab verəcəyini vəd edib. Təl-Əviv də öz növbəsində yəhudi dövlətinə hücum ediləcəyi təqdirdə Tehranın böyük bədəl ödəyəcəyi barədə xəbərdarlıq edib.

Avqustun 9-da Amerikanın “Wall Street Journal” qəzeti İran və Livanın “Hizbullah” qruplaşmasının “yaxın günlərdə” İsrailə hücum edə biləcəyini yazıb.

Bundan əvvəl İranın İsrailə qarşı cavab tədbirləri görməkdən imtina etməsi şərti açıqlanıb.

 

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dünya çempionu müharibədə həlak oldu
Ukrayna ilə Rusiya arasındakı müharibə bu il bitə bilər
Qurani-Kərimi ayaqlayıb videoya çəkdi- Saxlanıldı

Sağlamlığınıza belə nəzarət      edə      biləcəksiz

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
3 nəfər belə öldü - DƏHŞƏTLİ VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Qaxda azyaşlı qızı yük    maşını      vurdu