Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) Kursk vilayətində vəziyyətin pisləşməsindən sonra Kursk vilayətində və Kursk Atom Elektrik Stansiyasının (AES) ərazisindəki vəziyyəti diqqətlə izləyir.
Oxu24.com xəbər verir ki, bu barədə avqustun 9-da MAQATE-nin mətbuat xidməti məlumat yayıb.
“MAQATE-nin münaqişənin hər iki tərəfi ilə əlaqə kanalları var. Hazırda nüvə təhlükəsizliyi ilə bağlı narahatlığa əsas yoxdur”, - deyə təşkilat bildirib.
MAQATE-nin baş direktoru Rafael Qrossi vurğulayıb ki, yerləşdiyi yerdən asılı olmayaraq, bütün atom elektrik stansiyaları heç vaxt silahlı hücumun hədəfinə çevrilməməlidir, mətbuat xidməti əlavə edib.
Miri
Oxu24.com
ŞƏRHLƏR