Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
115757
az

Kursk vilayətində təcili internet rouminq rejimi tətbiq edilib

22:2209 Avqust, 2024
96
DÜNYA
  • A

Rusiyanın rəqəmsal inkişaf naziri Maksut Şadayev bildirib ki, bütün Kursk vilayətində rabitə operatorları arasında təcili şəbəkələrarası rouminq rejimi tətbiq edilib.

Oxu24.com xəbər verir  ki,onun sözlərini TASS sitat gətirir.

"Bu gün saat 11-də bölgənin fövqəladə rejimdə olduğunu nəzərə alaraq, biz təcili internet rouminq rejimini tətbiq etdik", deyə o bildirib.

Onun sözlərinə görə, bu rejim abunəçilərə istənilən operatorun baza stansiyalarına qoşulmağa imkan verir.

O qeyd edib ki, bu, “Bizə Kursk vilayətində rabitə problemini həll etməyə imkan verir”.

Bundan əvvəl Rəqəmsal İnkişaf Nazirliyi Kursk vilayətində regional xidmətlərə kütləvi DDoS hücumunun dayandırıldığını bildirmişdi. Bildirilib ki, mütəxəssislər tərəfindən bütün resursların fəaliyyəti bərpa edilib. Roskomndazor qeyd edib ki, İctimai Rabitə Şəbəkəsinin Monitorinqi və İdarəetmə Mərkəzinin (TsMU SSOP) mütəxəssisləri Kursk vilayətində üç obyektə kütləvi DDoS hücumlarını dəf ediblər.

Bundan əvvəl prokurorlara Kursk vilayətində gecə-gündüz monitorinq keçirmək tapşırılıb.

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Braziliyalı mütəxəssislər qəza yerini öyrənmək üçün Qazaxıstana gedir
Qroznı aeroportunda     uçuşlar    dayandırıldı
"Husilərlə işimiz yeni başlayıb"- Netanyahu

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Bakıda zibil    qutularını    oğurladılar