Rusiya prezidenti Vladimir Putin avqustun 19-da Bakıya səfər edə bilər. Hazırda bu səfərə hazırlıq gedir.
Oxu24.com-un yerli mediaya istinadən məlumatına görə,Rusiya liderinin azərbaycanlı həmkarı İlham Əliyevlə müzakirə edə biləcəyi məsələlərdən biri də Rusiya təbii qazının Azərbaycana nəqli olacaq.
Mənbələrin bildirdiyinə görə, Moskva və Bakı bir neçə aydır ki, bu məsələni müzakirə edir, Türkiyə sövdələşmənin qarantı kimi çıxış edir.
İyulun əvvəlində Ukrayna prezidenti Vladimir Zelenski Bloomberg-ə müsahibəsində bildirib ki, Kiyev bu ilin sonunda Qazprom ilə tranzit sazişi başa çatdıqdan sonra Azərbaycan qazının öz ərazisi ilə Aİ-yə nəqli imkanlarını öyrənir.
“Avropaya göndərilən Azərbaycan qazının yəqin ki, yarısı Rusiya qazının payına düşəcək”, - deyə qaz sənayesi üzrə ekspert bir müddət əvvəl bildirib.
Miri
Oxu24.com
ŞƏRHLƏR