Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
115737
az

DYP bu sürücülərə çağırış etdi

13:2009 Avqust, 2024
78
  • A

Baş DYP İdarəsi səhhətində problem olan sürücülərə müraciət edib.

Oxu24.com xəbər verir ki, müraciətdə isti hava şəraitinin insanların əmək fəaliyyətinə, əhvali-ruhiyyəsinə təsir göstərdiyi və bu amilin xroniki xəstəliklərdən əziyyət çəkən insanlarda özünü daha qabarıq biruzə verdiyi bildirilib:

“Lakin təəssüf ki, səhhətində ciddi problemlər olduğunu bildiyi halda isti hava şəraitini, qət edəcəyi məsafəni, avtomobilinin sərinlik sistemi ilə bağlı təchizatını nəzərə almadan sükan arxasına əyləşən sürücülərə rast gəlinir ki, bu da bəzən xoşagəlməz sonluqla nəticələnir.

Dərman preparatları qəbul etdiklərini əsas gətirərək özlərinə bəraət qazandırmağa çalışan sürücülər isə unudurlar ki, həmin preparatların tərkibində yuxu və ya halsızlıq yaradan maddələr mövcuddur ki, bu amilin özü də avtomobil idarə etməkdən çəkinmək üçün tutarlı səbəbdir.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha səhhətində ciddi problemlər olan sürücülərə müraciət edərək onları səhlənkarlığın doğurduğu bədbəxt hadisələrdən düzgün nəticə çıxarmağa, özlərinin və digər yol hərəkət iştirakçılarının həyat və sağlamlığına biganə qalmamağa çağırır”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Neft Daşları”nda sızma baş verdi - SOCAR-dan açıqlama
İlham Əliyev Bakıda metronun “Gənclik” stansiyasının yaxınlığında yaradılan yeni parkın açılışında iştirak edib
Yeni bir dövrün başlanğıcı: Bir ekosistem ictimaiyyətə təqdim olundu

Arılar niyə sancdıqdan sonra ölür?

18+

Deputat turisti zorladı
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Ölkəyə gətirilən arıqlama çayı və qəhvələr təhlükəlidir!- Rəsmi
Ağır cinayətlərdə təqsirləndirilən erməni əsilli şəxslərin məhkəməsi davam etdirildi