Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
115733
az

Məzahir Pənahov MSK-nın Müstəqil Media Mərkəzində

12:4209 Avqust, 2024
82
  • A

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar “Seçki-2024” Müstəqil Media Mərkəzi fəaliyyətə başlayıb.

Oxu24.com xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov avqustun 9-da Müstəqil Media Mərkəzinə gəlib, Komissiya üzvləri və Katibliyin təmsilçilərinin də iştirakı ilə Mərkəzə baxış keçirilib.

Mərkəzdəki şəraitlə yaxından tanış olan M.Pənahov Müstəqil Media Mərkəzinin yaradılmasının uzun illərdir mütəmadi şəkildə reallaşdırılan və effektivliyi ilə öz təsdiqini tapmış uğurlu təcrübə olduğunu bildirib. O, yerli və beynəlxalq media nümayəndələrinin Milli Məclisə seçkilərlə bağlı azad, sərbəst və asanlıqla məlumat əldə edə bilmələrinin, eynilə digər seçki subyektlərinə də daha keyfiyyətli və səmərəli xidmət göstərilməsinin zəruriliyini diqqətə çatdırıb.

Qeyd edək ki, Müstəqil Media Mərkəzi qarşıdan gələn seçkiləri hərtərəfli, operativ və obyektiv işıqlandırmaqda, o cümlədən məlumatları almaqda və dərhal ictimailəşdirməkdə yerli və beynəlxalq media nümayəndələrinə yardımçı olacaq. Media mənsubları müasir informasiya-kommunikasiya texnologiyaları və zəruri texniki avadanlıqlarla tam təchiz olunan Mərkəzdən sərbəst istifadə edə bilərlər.

Müstəqil Media Mərkəzinin internet səhifəsi (www.secki-2024.az) Milli Məclisə seçkilərlə bağlı müntəzəm olaraq Azərbaycan, ingilis və rus dillərində ən son məlumatları təqdim edir.

Seçki prosesinə dair müxtəlif məsələlər barədə səlahiyyətli şəxslərin və ekspertlərin rəyləri, açıqlama və bəyanatlar dərhal ictimailəşdirilir, foto və video görüntülər paylaşılır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Culani Suriyanın yeni prezidenti oldu
Əli Əsədov bələdiyyə seçkisində səs verdi- FOTOLAR
PA rəhbəri də səs verdi- Fotolar

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Virus infeksiyaları zamanı nədən ishal baş verir və ilkin olaraq nə etmək olar?
32 yaşlı həyat yoldaşını qətlə yetirən Ağababanın FOTOSU