Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
115713
az

Körpənin müəmmalı ÖLÜMÜ: "Həkimin tapşırığı ilə..."

23:0008 Avqust, 2024
182
KRİMİNAL
  • A

Ağstafada İsmayılovlar ailəsi yeganə övladını itirib.

OXU24.COM  xəbər verir ki, Sahil İsmayılovun iddiasına görə, iki yaşlı qızı Gülxar İsmayılzadənin ölməsinə səbəb həkim səhlənkarlığıdır:

"Uşaqda qıcolma başladı. Xəstəxanaya apararkən yolda ayıldı. Uşaq normal dedi, güldü, oynadı, həkimlər baxıb dedilər ki, daxili qızdırması var. Həkimin tapşırığı ilə xadimə qızdırmasını ölçdü, sonra da iynə vurdu. Hiss etdim ki, uşaq artıq yuxulayır. Həkim zəmanət verdi ki, uşağında heç nə yoxdur, evə get, sabah gələrsən".

Uşağın atası bildirib ki, ona övladının xəstəxanada qalmasına ehtiyac olmadığı deyilib:

"Uşağı evə aparıb, dərman almaq üçün rayona qayıtdım. Yoldaşım zəng etdi ki, özünü çatdır, uşaq yenə həmin vəziyyətdədir. Xəstəxanaya apardım, həmin həkimi tapa bilmədim, uşaq keçindi".

Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinin müdiri Həcər Namazova isə valideynlərin uşağı həkimin razılığı olmadan evə apardıqlarını söyləyib:

"Uşaq xəstəxanaya daxil olarkən şikayətləri süstlük, qıcolmalar, halsızlıq olub. Bunu nəzərə alaraq ona həkimlər tərəfindən zəruri tibbi xidmətlər göstərilib və xəstə həkim nəzarətinə götürülüb".

Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırma aparılır.

Ətraflı "Baku" TV-nin süjetində:

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Vardanyanın məhkəməsi başlayır
Azərbaycanda 70 yaşlı "professor" həbs edildi
Ağır qəza yenə can aldı

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Vardanyanın məhkəməsi başlayır