Azərbaycan bədii gimnastı Zöhrə Ağamirova Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında çıxışlarını başa vurub.
OXU24.COM xəbər verir ki, 23 yaşlı idmançı sonuncu dəfə gürzlə bacarığını göstərib.
Təmsilçimiz 26.750 xala layiq görülüb. Ümumilikdə 117.850 xal toplayan gimnastımızın yekun sıralamadı neçənci yeri tutacağı təsnifat mərhələsinin yekununda bəlli olacaq.
Qeyd edək ki, ilk "onluğ"a düşən idmançılar final mərhələsinə vəsiqə qazanacaqlar.
Oxu24.com
ŞƏRHLƏR