Gəncə şəhərində fəhlə bədbəxt hadisəni nəticəsində həyatını itirib.
Oxu24.com ONA-ya istinadən xəbər verir ki, hadisə "Dubay bazarı" adlanan ərazidə qeydə alınıb.
Bildirilir ki, həmin ərazidə gedən tikinti işləri zamanı fəhlələrdən biri dağıntılar altında qalaraq can verib.
Fəhlənin Göygöl rayonunun Hacıməlik kənd sakini, 51 yaşlı İlham adlı şəxs olduğu bildirilir.
O, tikinti ərazisində sökülmüş mişar daşlarını toplayırmış. Oxu24.com
ŞƏRHLƏR