Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
115694
az

Azərbaycanda İİV-ə yoluxanların sayı açıqlandı

15:5808 Avqust, 2024
133
CƏMİYYƏT
  • A

“Dünyada İİV/QİÇS-ə qarşı aparılan mübarizə tədbirlərinə baxmayaraq, infeksiyanın yayılması hələ də davam etməkdədir”. 

Oxu24.com xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor müavini Günəş Cəfərova “Sağlam radio”da açıqlayıb. 

Onun sözlərinə görə, ölkəmizdə bu infeksiya əsasən İİV-ə yoluxmaya yüksək riskli qruplar arasında yayılıb: “Azərbaycanda İİV -infeksiyasının ilk dəfə aşkar olunduğu 1987-ci ildən 2024-cü ilin ikinci rübünün sonunadək İİV-lə yaşayan insanların sayı 9926 nəfərdir. Onlardan 69,5%-i kişi, 30,5%-i qadındır. Aparılan əks epidemik tədbirlər nəticəsində ölkədə İİV/QİÇS-lə mübarizə istiqamətində mühüm addımlar atılıb və nailiyyətlər qazanılıb. Azərbaycan region ölkələri ilə müqayisədə İİV infeksiyasının yayılma göstəricisi ən aşağı olan ölkələr sırasındadır. Xüsusilə qeyd etmək istərdim ki, ölkədə İİV/QİÇS-lə mübarizə sahəsində aparılan çoxistiqamətli profilaktika strategiyası hesabına İİV/QİÇS-lə bağlı cəmiyyətdə məlumatlılıq səviyyəsi artıb”. 

Direktor müavini bildirib ki, orta və ali məktəblərdə, tibb müəssisələrində, insanların sıx toplaşdığı məkanlarda və eyni zamanda risk qrupları arasında aparılan maarifləndirici tədbirlər və müayinə aksiyaları ölkədə İİV-ə müayinələrin səviyyəsinin yüksəlməsinə, bilavasitə aşkarlanmanın artmasına səbəb olub.Aparılan müayinələr nəticəsində İİV-ə yoluxan şəxslər xəstəliyin erkən mərhələlərində aşkar olunaraq müalicə proqramına vaxtında cəlb olunurlar. 

G.Cəfərova qeyd edib ki, İİV-lə yaşayan insanların müalicəsində son illər ÜST tərəfindən tövsiyə olunan müasir, daha effektiv və kombinə olunan preparatların istifadəsi də İİV-ə yoluxmuş insanların həyat keyfiyyətinin yaxşılaşmasına və ömrünün uzanmasına səbəb olur.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Matəm günü ilə əlaqədar teatr-konsert müəssisələrində bütün mədəni-kütləvi tədbirlər təxirə salınıb
14 Azərbaycan vətəndaşı sağ qalıb
Təyyarə son yoxlamadan nə vaxt keçmişdi?- Rəsmi açıqlama

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Yeni görüntülər yayıldı -VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Pirotexniki vasitələr satan 17     nəfər      saxlanıldı