Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
11569
az

Bakıda geylərin kütləvi həbsi başladı: Görüş yerinə çağırıb qandallayırlar

22:2902 Aprel, 2019
6607
CƏMİYYƏT
  • A
 
Dünən aprelin 1-i axşam saatlarında Bakı şəhərində bir neçə transgender və gey fərd polis tərəfindən müxtəlif polis bölmələrinə aparılıb.

Oxu24.com -un  məlumatına görə, bunu adlarının açıqlanmasını istəməyən LGBTQ (Lezbiyan, Gey, Biseksual və Transseksual) icma üzvləri minorityaze-a deyiblər.

Onlardan biri aldadılaraq, seks xidmətləri göstərməsi məqsədilə otelə dəvət olunub və orada 40-cı polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

“Görüş yerinə bizi çağırıb çatanda, elə ordaca qandallayıb apardılar.”

Məlumatda bildirilir ki, saxlanılan və cərimələnən şəxslərin sayı ən azı 15 nəfərdir. Onlar həmçinin məcburi tibbi müayinəyə Dəri-Zöhrəvi Dispanserinə göndərilib. Lakin saxlanılmaların səbəbi hal-hazırda məlum deyil. Əlavə olunur ki, polis İnternet şəbəkəsi vasitəsilə transgender şəxsləri “ovlamağa” çalışır.

Saxlanılan şəxslərin sonradan Binəqədi Rayon Polis idarəsinə aparıldığı məlumatda qeyd olunur.

Bildirilir ki, onlardan ən azı bir neçəsi İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə ( Xırda xuliqanlıq) əsasən cərimələnib. Həmçinin İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə (Polisin qanuni əmrinə tabe olmamaq) əsasən 30 sutka həbs cəzası alan şəxslərin olduğu qeyd edilir.

Xatırladaq ki, 2017-ci ilin sentyabrında da oxşar hadisələr baş vermişdi. Onlarla icma üzvü həbs olunmuş və cərimələnmişdi.


{banner_reklam} Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Komitədən Elçinin döyülməsi ilə bağlı açıqlama
Kirayə yaşayanlara şad xəbər: Gələn aydan öz eviniz olacaq
Bakıda bu aparat hamıya PUL PAYLAYIR - Qarşısında uzun növbələr

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Göldə 40 yaşlı kişinin meyiti tapıldı